Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin kiçik şəhər və kənd yaşayış məntəqələrinin inkişafı üzrə strateji və ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına imkan verəcək rəqəmsal platformanın yaradılması və istifadəyə verilməsi barədə tapşırıq verib. Platformanın 2027-ci il avqustun 1-dək istifadəyə verilməsi nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Layihə çərçivəsində süni intellekt texnologiyalarından istifadə olunacaq. Tapşırığın icrasına Rusiya Baş naziri Mixail Mişustin, “Sberbank”ın rəhbəri German Qref və “Vostokqosplan” Federal Muxtar Elmi Müəssisəsinin direktoru Mixail Kuznetsov məsul təyin ediliblər.
Hökumətə “Sberbank”, “Vostokqosplan”, Yeni Layihələrin Təşviqi üzrə Strateji Təşəbbüslər Agentliyi, VEB.RF, DOM.RF, “Yandex” və digər maraqlı təşkilatlar, eləcə də yerli özünüidarəetmə orqanları ilə birgə layihənin icrasını təmin etmək tapşırılıb.
Xədicə BAXIŞLI