Putin Suriyanın Əsədlə bağlı tələbini rədd edib | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Rusiyanın devrilmiş lider Bəşər Əsədin ekstradisiyasına dair Suriyanın tələbini rədd et
Açıqlamada deyilir ki, qərar Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə verilib.
Bizimyol.info xəbər verir ki, Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədi ekstradisiya etməyəcəyini açıqlayıb.
Rusiyanın bu qərarı iki ölkə arasında münasibətlərin yenidən qurulmasına yönəlmiş diplomatik təmaslar nəticəsində qəbul edilib.
Rusiyanın İraqdakı səfiri Alperus Kotraşev açıqlamasında: "Bəşər Əsədin Moskvada qalmasının şərtlərindən biri onun bütün media və siyasi fəaliyyətlərdən uzaq durmasıdır.
Bu günə qədər bu şərtlərin pozulmasına dair heç bir sübut yoxdur", - deyə qeyd edib.
Kotraşev Əsəd və ailəsinə sığınacaq hüququnun birbaşa Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə verildiyini və bu qərarın dəyişdirilməsindən söhbət getmədiyini vurğulayıb.
Qadir, Bizimyol.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu