Putin Szinpinlə danışdı: İrandakı son vəziyyət...

04.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin videokonfrans zamanı ABŞ-la münasibətlərə dair fikir mübadiləsi aparıblar.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Bizim yanaşmalarımız burada da praktiki olaraq üst-üstə düşür", - o bildirib.

Uşakovun sözlərinə görə, iki ölkənin liderləri İran ətrafındakı gərgin vəziyyəti də müzakirə ediblər:

"İran ətrafındakı gərgin vəziyyətə xüsusi diqqət yetirilib. Putin İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani ilə baş tutmuş görüşü barədə də məlumat verib".

Uşakov qeyd edib ki, onlar həmçinin Venesuela və Kuba ətrafındakı vəziyyəti də müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью