Putin təcrid olunub, öldürülməkdən qorxur Pavel

25.10.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vladimir Putin ciddi şəkildə təcrid olunub və öldürülməkdən patoloji dərəcədə qorxur.

Axar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

“Cəbhə xəttindəki mövcud vəziyyət Rusiya üçün qələbədən çox uzaqdır. Rusiya cüzi nailiyyətlər əldə etmək üçün çox sayda canlı qüvvə itirir.

Putin hələ də əməliyyatın uğurla getdiyinə inanır – bəlkə də hərbi rəhbərliyindən aldığı hesabatlara görə. O, çox ciddi şəkildə təcrid olunub, çox az adama etibar edir və öldürülməkdən patoloji dərəcədə qorxur. Nəticədə, ətrafında yalnız məhdud sayda insan olduğu üçün onlar ona çatacaq məlumatları effektiv şəkildə filtrdən keçirə bilirlər", – Pavel bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью