Putin təcridetmədən ÇIXIR Moskva Vaşinqton və Tehran arasında vasitəçi OLACAQ

04.03.2025

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin ABŞ və İran arasında nüvə sazişində vasitəçilik edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” portalı məlumat yayıb.

KİV yazır ki, Donald Trampın telefon danışığında Vladimir Putinə çatdırdığı müvafiq müraciətdən sonra Moskva Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə razılaşıb.

Qeyd olunur ki, mövzu ABŞ və Rusiya nümayəndə heyətləri tərəfindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdə davam etdirilib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Moskvanın danışıqlar formatını dəstəklədiyini və nizamlanmaya kömək etməyə hazır olduğunu təsdiqləyib.

Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi nəşrlə söhbətində bildirib ki, Vaşinqton və Tehran arasında vasitəçilik təklifi təbii diplomatik addımdır.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью