Putin təyyarə qəzasından DANIŞDI

25.12.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Modern.az xəbər verir ki, o bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib.

"MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm", - Rusiya Prezidenti bildirib.

O qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə razılaşma əsasında Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Aktauya uçub.

"Ümid edirik ki, yaralananlar tezliklə sağalacaq və əminəm ki, hərtərəfli təhqiqat aparılacaq. Biz bu faciə ilə bağlı bütün məsələlərdə aviasiya xidmətlərimizin işini razılaşdıracağıq", - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью