Putin Tokayevi MDBnin sammitinə dəvət etdi

27.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi MDB-nin Sankt-Peterburqda keçiriləcək Yeni il öncəsi sammitinə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Rusiya dövlətinin başçısı qazaxıstanlı həmkarına danışıqlarda deyib: "Mən həqiqətən ümid edirəm ki, bizim adətimizə uyğun olaraq, sizi ilin sonunda MDB çərçivəsində Sankt-Peterburqda Yeni il qabağı qeyri-rəsmi görüşündə görəcəyəm". 

Putin həmçinin Tokayevə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd etmək dəvətini təkrarlayıb: "Əlbəttə, mən sizi Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı yubiley şənliklərində gözləyirəm, bu, bizim ümumi qələbəmizdir". 

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью