Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstalı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Qazaxıstan Prezidentinin Rusiya Federasiyasına gözlənilən dövlət səfərinə hazırlıq müzakirə edilib.
Qeyd olunub ki, bundan əlavə tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və beynəlxalq siyasi gündəmdə olan məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Daşqın Həsənov
Missiya.Az