Putin Tramp Cinpin görüşü hələ təsdiqlənməyib

28.10.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində mümkün üçtərəfli görüşünün keçirilməsi hələlik yekun təsdiqini tapmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Əgər hazırda bu sammitə ev sahibliyi edən çinli dostlarımız belə bir görüş baş tutacağı təqdirdə məsələləri müzakirə edəcəklər. Biz həmişə “əgər” deyirik, çünki hələ yekun qərar və təsdiq yoxdur. Amma görüş keçirilsə, əlbəttə, gündəlikdə üç dövlətin qarşılıqlı razılaşdıracağı müxtəlif mövzular olacaq. Bu mövzulardan hər hansı biri tərəflərdən birinə uyğun gəlməsə, gündəliyə daxil edilməyəcək”, - diplomat vurğulayıb.

APEC sammitinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью