Putin Tramp görüşü bu ölkədə keçirilə bilər Peskov

19.03.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün Səudiyyə Ərəbistanında baş tutması ehtimalı istisna oluna bilməz, lakin təkbətək sammitin yeri ilə bağlı hələlik konkret məlumat yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun “Blumberq” ə müsahibəsində ikitərəfli Rusiya-Amerika sammitinin Səudiyyə Ərəbistanında keçirilə biləcəyini təklif etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью