Putin Tramp razılaşması Rusiyada yanacaq qıtlığına səbəb oldu?

03.11.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın bir sıra bölgələrində dizel yanacağı çatışmazlığı yaranıb. Sürücülər işlək yanacaqdoldurma məntəqələri axtarmağa, bəzi ərazilərdə isə yanacaq alışını məhdudlaşdırmağa məcbur olublar.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Sankt-Peterburqda cəmi iki həftə ərzində yanacaqdoldurma məntəqələrinin yarısından çoxunda dizel yanacağı satışdan çıxıb. Hazırda şəhərdəki məntəqələrin 40 faizindən azında dizel mövcuddur. Oktyabrın sonunda bu göstərici 70 faiz təşkil edirdi.

Leninqrad vilayətində bəzi yanacaqdoldurma məntəqələrində bir dəfəyə 30-50 litrdən artıq yanacaq doldurulmasına icazə verilmir. Növbələrdə gözləmə müddəti isə 40 dəqiqəyə çatır.

İqtisadçı Janis Kluge yanacaq problemini Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında əldə olunduğu bildirilən razılaşma ilə əlaqələndirir. Onun fikrincə, ABŞ-a dizel ixracının tələsik təşkili logistika problemləri yaradıb.

Tramp oktyabrın 9-da Rusiyanın ABŞ və dünya bazarlarına oktyabrda 300 min, noyabrda 500 min ton, daha sonra isə əlavə 1 milyon ton dizel yanacağı tədarük edəcəyini açıqlamışdı. Lakin sanksiyalar səbəbindən ABŞ-da alıcı tapmaq çətinləşib və yanacağın Braziliyaya yönləndirilməsi ehtimalı yaranıb.

Dizel çatışmazlığı Sverdlovsk və Tambov vilayətlərində də qeydə alınıb. Bəzi yanacaqdoldurma məntəqələri satışları məhdudlaşdırıb, digərləri isə tamamilə dayandırıb.

Rusiyada yanacaq böhranını dərinləşdirən digər amil Ukraynanın neft emalı zavodlarına dron hücumlarıdır. Oktyabrın 30-da Ufa, Volqaboyu və Samara bölgəsindəki müəssisələrin hədəfə alındığı bildirilir. Zərərin miqyası hələlik məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью