Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Trampın vasitəçiliyi ilə aparılan danışıqlar sülhə yox, yeni gərginliyə səbəb olub..." Donald Tramp və Vladimir Putinin Budapeştdə görüşmək planı Avropada ciddi narahatlıq yaradıb.
Səbəb sadədir - görüşün təşkilatçısı olan Viktor Orban çoxdan Kremlə simpatiyası ilə tanınır.
Moderator.az xəbər verir ki, bu barədə "Finansial Times" nəşri yazıb.
Almaniyanın Avropa işləri naziri Günter Krixbaum bildirib ki, "Ukrayna masa arxasında oturmasa, hər hansı razılaşma uğursuzluqla nəticələnəcək".
Bundan da önəmlisi, əgər Putin həqiqətən Budapeştə uçarsa, bu, Beynəlxalq Cinayət Məhkəməsinin qərarını pozmaq demək olacaq.
Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bunu "xoşagəlməz və təhlükəli presedent" adlandırıb, Litva isə daha sərt reaksiya verib: "Putinin Avropada yeri heç bir paytaxtda yox, yalnız Haaqa məhkəməsinin qarşısıdır".
Avropalı diplomatların sözlərinə görə, Orban bu görüşü öz siyasi qələbəsi kimi təqdim edir və özünə beynəlxalq status qazandırmağa çalışır.