Putin Tramp söhbətinə Kremldən REAKSİYA

09.02.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

“Cebheinfo.az” xəbər verir ki, o, “Vaşinqtonda administrasiya öz işini açdıqca, çoxlu müxtəlif kommunikasiyalar var və bu kommunikasiyalar müxtəlif kanallar vasitəsilə aparılır. Təbii ki, bu kommunikasiyaların çoxluğu fonunda mən şəxsən nəyisə bilmirəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də indiki halda mən bunu nə təsdiq, nə də təkzib edə bilərəm”, – deyə o, “İnterfaks”-a deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində rusiyalı həmkarı ilə telefonla Ukraynada müharibəyə son qoymağı müzakirə etdiyini bildirib.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью