Putin Tramp telefon danışığı həftəsonu baş tuta bilər

04.04.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu barədə “Politico” Avropadakı mənbəyə istinadən yazıb.
Tramp niyə Rusiya ilə əməkdaşlığa can atır? Bundan əvvəl NBC News telekanalı Tramp administrasiyasındakı mənbələrə istinadən məlumat yaymışdı ki, ABŞ liderinin yaxın ətrafı onu Putinlə təmaslardan çəkinməyə çağırır. Yəni, Kreml Ukraynada tam atəşkəsə razılaşana qədər Vladimir Putinlə yeni telefon danışığı aparılmamalıdır.
Martın 18-də Rusiya və ABŞ prezidentləri Tramp telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Amerika liderinin Ukraynadakı münaqişə tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi təklifi ilə razılaşıb.
Xatırladaq ki, dünən Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidenti administrasiyasının əsas üzvləri ilə görüşlər keçirib.
Görüşlərdə Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq, xüsusilə Amerika şirkətlərinin Rusiya bazarına qayıtmaq istəyi də müzakirə olunub.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью