Putin, Tramp və Si Cinpin Çində görüşə hazırlaşır KONKRET

08.11.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşünün gündəliyi hazırda razılaşdırılır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, müzakirə mövzularının razılaşdırılması kompromis tələb edir.

Çünki bəzi məsələlər tərəflərdən biri üçün maraqlı olsa da, digəri tərəfindən məqsədəuyğun hesab edilmir.

Görüşün noyabrın ikinci yarısında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində baş tutacağı gözlənilir.

Peskov dekabrda Mayamidə keçiriləcək G20 sammitində Vladimir Putinin iştirak ehtimalı ilə bağlı danışarkən isə hələlik bu barədə uzağa gedən proqnozlar verməməyi tövsiyə edib.

Ümumavropa təhlükəsizliyi məsələsinə toxunan Kremlin sözçüsü Moskva ilə Avropa paytaxtları arasında bu mövzuda birbaşa təmasların olmadığını bildirib. Onun sözlərinə görə, Avropa ölkələri hələ də kimin onların adından danışıqlar aparmaq səlahiyyətinə malik olduğunu müəyyənləşdirməyiblər.

Bununla belə, ABŞ və Avropa müttəfiqləri arasında bu məsələ ilə bağlı müntəzəm təmasların olduğu Kremlə məlumdur.

Günay Əli
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью