Putin, Tramp və Si Cinpin üçtərəfli görüş keçirə bilər

01.09.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin qarşıdakı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində üçtərəfli görüş keçirə bilərlər.

Turkustan.az xəbər verir ki, bu barədə Kremlin müşaviri Yuri Uşakov bildirib. Onun sözlərinə görə, hər üç liderin APEC sammitində iştirak etməsi gözlənilir və bu, onların bir araya gəlməsi üçün imkan yarada bilər.

“Bu məsələ müzakirə olunub. Əgər gözlənildiyi kimi hər üç lider sammitdə iştirak edərsə, onların görüşüb danışıqlar aparması mümkün olacaq”, – Uşakov deyib.

Uşakov bu açıqlamanı Putin və Si Cinpinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etdiyi Qırğızıstanın paytaxtı Bişkekdə verib.

Ağ Ev isə hələlik mümkün üçtərəfli görüşlə bağlı açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью