Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Putinin bədən dili çox vaxt yanlış olur və Kreml sahibi bunu bilərəkdən edir..." Bədən dili üzrə ekspert Cudi Ceyms Vladimir Putinin Uitkoff və Kuşnerlə görüş zamanı davranışlarını təhlil edərək gözlənilməz nəticəyə gəlib.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Mirror" nəşri yazıb. Moskva və Vaşinqton Ukrayna üzrə ortaq xətt tapıbmı?
Ekspertin müşahidələrinə əsasən, Putin özünün məşhur "güc nümayişi texnikasından" imtina edib və ABŞ nümayəndələrini qeyri-adi dərəcədə isti qarşılayıb.
Ceyms hesab edir ki, bu, Moskva və Tramp administrasiyasının Ukrayna məsələsində müəyyən ortaq hədəflər tapdığına işarədir.
Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Moskvaya yeni atəşkəs təkliflərini müzakirə etmək üçün gəliblər.
Qonaqlar paytaxtda qırmızı xalça, yüksək səviyyəli nahar və səmimi mühitlə qarşılanıb, baxmayaraq ki, Putinlə görüş üçün bir neçə saat gözləmək məcburiyyətində qalıblar.
Ekspertlərin fikrincə, bu münasibət tərəflər arasında tonun dəyişdiyini göstərir.