Putin Tramp Zirvəsi bu ölkədə keçirilə bilər

07.11.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya və ABŞ Ukraynadakı müharibənin həlli ilə bağlı mövqelərini bir-birinə yaxınlaşdırır”. 

Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Orban "Magyar Nemzet" qəzetinə verdiyi açıqlamada tərəflərin bir və ya iki texniki məsələdə razılığa gələcəyi təqdirdə Vladimir Putin və Donald Tramp arasında zirvə görüşünün yaxın günlərdə Budapeştdə keçirilə biləcəyini qeyd edib. 

Macar lider daha əvvəl əsas məsələlərdəki fikir ayrılıqları səbəbilə təxirə salınan görüşlərin artıq son mərhələyə çatdığını bildirib. Orban hazırlıqları davam edən bu zirvənin Ukraynada atəşkəsin əldə olunmasına və sülh prosesinə mühüm töhfə verə biləcəyini vurğulayıb. 

Avropa İttifaqı daxilində Rusiya ilə dialoqu davam etdirən nadir liderlərdən biri olan Orbanın ölkəsi Putin-Tramp görüşü üçün münasib ev sahibi ola bilər. Macarıstanın Baş naziri Ukrayna böhranının həlli istiqamətində vasitəçi rolunu davam etdirməkdə qərarlıdır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью