Putin Trampa bu portreti hədiyyə edibmiş

23.04.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Rusiya lideri Vladimir Putinin mart ayında ABŞ prezidenti Donald Trampa hədiyyə etdiyi portretin fotosu yayımlanıb. 

"Unikal" xəbər verir ki, bu  barədə Amerikanın CNN telekanalı məlumat dərc edib. 

Hədiyyənin müəllifi, rəssam Nikas Safronov olduğu üzə çıxıb.

Rəsmdə o, Trampı qaldırmış yumruq və üzündə qan izləri ilə təsvir edib - 2024-cü il iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı ona qarşı sui-qəsd cəhdi anını xatırladır. Prezidentin arxasında Amerika bayrağı dalğalanır və Nyu-Yorkun fonunda Azadlıq Heykəli və Manhetten ərazisi görünür.

Sözügedən portreti təqdim edirik.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью