Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya prezidenti Vladimir Putin dünənki telefon danışığında ABŞ lideri Donald Trampa Qələbə bayramı öncəsi Kreml ərazisində və Qırmızı Meydanda terror aktları təhlükəsinin qarşısının alınması barədə danışıb".
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.
"Onların demək olar ki, hamısı vuruldu. Eyni zamanda paytaxtın mərkəzində - Kreml və Qırmızı Meydan ərazisində terror aktları təhlükəsinin qarşısı alınıb", - Uşakov Rusiya prezidentinin sözlərini xatırladıb.