Icma.az, Adelet.az saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu gün telefonla ABŞ Prezidentini 80 illik yubileyi münasibətilə təbrik edib", - deyə o bildirib.
Uşakov qeyd edib ki, iki liderin söhbəti səmimi və açıq olub və düz 55 dəqiqə davam edib. Söhbət zamanı təbriklər qeyri-rəsmi olub və iki prezidentin şəxsi münasibətlərinin xarakterini əks etdirib.
Rusiya liderinin köməkçisinin sözlərinə görə, Putin Trampın döyüş ruhuna, zərbələrə tab gətirmək, maneələri uğurla dəf etmək və məqsədlərinə inadla çatmaq qabiliyyətinə hörmətini gizlətməyib.
Uşakov, həmçinin, bildirib ki, Tramp Putinin zəngindən təsirlənib, çünki Putin onu ad günü münasibətilə təbrik edən ilk xarici lider olub.
Söhbət Amerika liderinin 80 illik yubileyində baş tutub.