Putin Trampı aldadacaq: böyük təhlükə var

27.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Trampı aldatmağın yolunu bilir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, bu, Ukrayna münaqişəsinin həlli üçün təhlükəli şərtlərlə doludur:

“Tramp Ukrayna münaqişəsini və Yaxın Şərqdəki müharibəni geridə qoymaq niyyətindədir. Bunun Ukrayna üçün nə ilə nəticələnəcəyindən narahatam. Çünki nizamlanma şərtlərinin necə olduğu sizi maraqlandırmırsa, o zaman Putinin Trampa təsir göstərməyə çalışacağına şübhəm yoxdur. O, buna necə nail olacağını bilir. Putin Trampı necə aldatmağı bilir və hesab edirəm ki, bu, Ukrayna üçün çox təhlükəlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью