Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Putin Trampı axmaq obrazında göstərir, Amerika lideri uyğun şəkildə də ona cavab verir. Bu səbəbdən də iddia edir ki, Ukrayna Rusiyaya ABŞ raketləri ilə deyil, NATO raketləri ilə hücum edir.
Ölkə.Az xəbər verir ki, bu fikri Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo deyib.
O vurğulayıb ki, bir neçə gün əvvəl Bryanska zərbə endirilib və “Storm Shadow” raketlərindən istifadə edilib.
“Putin Trampın manerasına uyğun olaraq eyni şəkildə cavab verməyə başlayır: amerikalılar onları NATO-ya satıblar, Şimali Atlantika Alyansı da raketləri istər özündə saxlayar, istərsə də Ukraynaya təhvil verər. Və mənim bununla heç bir əlaqəm yoxdur", - ekspert Jmaylo qeyd edib.
Mürtəza