Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

06.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin respublikaçı Donald Trampı prezident seçkisində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.

Gununsesi.info-nun TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Mənim prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərim yoxdur”, – deyə Kremlin nümayəndəsi bildirib.

“Gəlin unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibəyə cəlb olunan dost olmayan ölkədən gedir”, – deyə Peskov qeyd edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью