Putin Trampın ABŞ yə qarşı gizli sövdələşmə bəyanatını şərh edib

03.09.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, amerikalı həmkarı Donald Trampın Rusiya, Çin və Şimali Koreyanın ABŞ-yə qarşı mümkün "gizli sövdələşməsi" barədə bəyanatı Amerika liderinin yumor hissinin təzahürüdür.

Oxu.Az-ın "Kommersant" nəşrinə istinadla xəbər verir ki, bunu Kremlin rəhbəri Pekində keçirilmiş mətbuat konfransında deyib.

"Sizə nə qədər qəribə görünsə də, Çində son dörd gündə heç kim ABŞ-nin indiki administrasiyasının ünvanına heç bir mənfi fikir bildirməyib", - deyə Rusiya prezidenti qeyd edib.

Onun sözlərinə görə, Çində keçirilmiş Şanxay Əməkdaşlıq Sammitində görüşdüyü liderlərin böyük əksəri Alyaskada Trampla görüşünü dəstəkləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью