Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?

23.01.2026

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff ilə görüşü üç saat yarımdan çox davam edib.

Reyting.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Vaşinqton tərəfdən görüşdə, həmçinin Cared Kuşner və Ağ evin baş müşaviri və ABŞ Ümumi Xidmətlər Administrasiyasının Federal Satınalma Xidmətinin komissarı Coş Grünbaum iştirak ediblər.

Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak ediblər. Əsas mövzu Ukrayna nizamlanmasıdır.

Putin bu məsələni müzakirə etmək üçün artıq yeddinci dəfədir Uitkoffla şəxsən görüşür.

E. KAMAL


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью