Putin: Trampın mövqeyini dəyişmək çətin olacaq

29.06.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsindəki mövqeyinə təsir göstərə biləcəyinə şübhə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Vladimir Putin bu fikirləri jurnalist Pavel Zarubinə "Vesti" informasiya xidməti üçün verdiyi müsahibədə səsləndirib.

Putin bildirib ki, Donald Trampı fikrindən daşındırmağın mümkün olacağına inanmır.

"ABŞ Prezidenti yetkin, hətta çox təcrübəli siyasətçidir. O, ikinci dəfə hakimiyyətdədir və nə etdiyini yaxşı bilir", - deyə Rusiya lideri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью