Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. "Moskva hesab edir ki, mübarizəni davam etdirmək üçün kifayət qədər resurs və gücə ma
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr qeyd edir ki, Putinin yaxın çevrəsi Trampın təhdidlərini boş sözlər kimi görmək üçün əsaslara malikdir.
Müharibə ölkənin resurslarını və işçi qüvvəsini tükəndirsə də, Kreml hesab edir ki, sanksiyalara qarşı müvəffəqiyyətlə dayanıb və ən azı bir il münaqişəni davam etdirməyə qadirdir.
Rusiyanın həm maliyyə, həm də insan itkisi yaşamasına baxmayaraq, analitiklər ölkənin mübarizəni davam etdirmək üçün hələ də kifayət qədər resursa malik olduğunu deyir.
Nəşrin qeyd etdiyi kimi, ABŞ-ın Ukraynaya yeni yardım paketinin gündəmdən çıxması fonunda Trampın xəbərdarlığı Rusiyanı əsas tələblərindən-zəbt edilmiş ərazilərin tanınması, NATO-Ukrayna əlaqələrinin kəsilməsi və Ukrayna silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə ixtisarı kimi məsələlərdən geri çəkilməyə məcbur etmək üçün yetərli görünmür.
"Kreml Trampın "Truth Social" platformasında səsləndirdiyi bəyanatları danışıqlara hazırlıq mərhələsində bir hiylə kimi görməyə meyllidir və Vaşinqtondan daha ciddi təşəbbüs gözləyir", - məqalədə deyilir.
Analitiklər qeyd edir ki, Putin Trampla bir sammit keçirmək istəyir, burada iki lider Ukrayna rəhbərliyinin iştirakı olmadan Moskva üçün qəbul edilə bilən həll yolunu müzakirə edə bilər.