Putin Trampın təhlükədə olduğunu deyib

28.11.2024

Azpost saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təhlükədə olduğunu düşünür.

Bu barədə o, Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında söyləyib.

O bildirib ki, ABŞ-də Trampa qarşı tamamilə qeyri-sivil mübarizə üsullarından, o cümlədən sui-qəsd cəhdindən istifadə olunub:

“Bəli, o, hələ də təhlükədədir. ABŞ tarixində belə hallar baş verib”.

Putin, həmçinin Trampın hazırkı prezident Co Baydenlə görüşdə nə danışdıqlarını bilmədiyini, ona görə də onların söhbətini şərh etməyəcəyini söyləyib. (APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью