Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Ukrayna yeni seçilən ABŞ Prezidenti Donald Trampın Rusiya ilə müharibəyə son qoyacağı
Lakin Rusiya diktatoru Vladimir Putin, çox güman ki, müharibəni dayandırmaqla razılaşmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker POLITICO-ya verdiyi şərhdə bildirib.
"2024 gözləmə ili kimi keçdi. Bizdə seçkilər oldu, diqqətimiz başqa şeylərə yönəldi.
Bayden administrasiyası gah "yox", gah "bəli" deyirdi... 2025-ci il isə hərəkət ili kimi görünür.
Nəhayət irəliləməyə başlayırıq”, - Volker qeyd edib. O vurğulayıb ki, qarşıdakı həftələr həm Kiyev, həm də Moskva üçün həlledici olacaq.
"Düşünürəm ki, Tramp Putinə zəng edib müharibəni dayandırmasını tələb edəcək. Amma mən hesab edirəm ki, Putin razılaşmayacaq...
və Trampın komandası anlamalıdır ki, onlar güc nümayiş etdirməlidirlər.