Putin Trampın xüsusi elçisi ilə görüş keçirib

11.04.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff ilə görüşünü başa çatdırıb.

“Report” xəbər verir ki, görüş dörd saatdan çox davam edib.

Söhbət qapalı rejimdə keçirilib və Bakı vaxtı ilə təxminən saat 23:00-da başa çatıb, əsas mövzu Rusiya – Ukrayna müharibəsi olub.

Bu, Putin və Uitkoff arasında artıq üçüncü görüş idi. Əvvəlki dəfələr onlar Moskvada görüşüblər, bu gün isə görüş Sankt-Peterburqda keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью