GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün – martın 18-i Moskva saatı ilə 16:00-dan 18:00-a qədər ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Əlaqənin hansı müddətdə davam edəcəyi açıqlanmayıb. Məlumatda qeyd olunur ki, liderlər lazımı bildikləri qədər danışacaqlar.
Müzakirənin detallarının daha sonra ictimaiyyətə elan ediləcəyi bildirilib.
Ayşən Mustafa
Globalinfo.az