Putin Trampla Çində görüşmək istəyir Təklifini açıqladı

21.10.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla Çində mümkün görüşü müzakirə etmək niyyətindədir. O bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşündə danışıb.

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin bildirib ki, Ukraynadakı və Fars körfəzindəki böhranların nizamlanması ilə yanaşı, Trampla Çin Xalq Respublikasında mümkün görüşlə bağlı bəzi fikirlərini də Uitkoffla bölüşmək istəyir.

“Bu məsələlər və digər mövzular, şübhəsiz ki, bugünkü fikir mübadiləmizin əsasını təşkil edə bilər. Buraya Çin Xalq Respublikasında mümkün görüş də daxildir. Bu məsələ ilə bağlı da sizinlə bölüşmək istədiyim bəzi fikirlərim var”, – deyə Putin Uitkoffa müraciət edib.

Qeyd edək ki, Putin və Trampla yanaşı, Çin lideri Si Cinpinin də gələn ay Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüşünün keçirilməsi ehtimalı müzakirə olunur. Lakin belə bir görüşlə bağlı hələlik yekun razılıq əldə edilməyib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью