Putin Trampla görüşə hazır olduğunu açıqlayıb

24.01.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Kreml rəhbəri ABŞ prezidenti ilə münasibətindən danışıb

Rusiya lideri Putin Moskvanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bildirib. O, həmçinin bildirib ki, Kreml Vaşinqtonla əlaqə saxlamaqdan heç vaxt imtina etməyib, lakin onları kəsən ABŞ olub.

SİA-nın məlumatına görə, bunu Kreml yönümlü TASS xəbər agentliyi yazır.

Putinin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə dialoqu qadağan etmək qərarı mümkün danışıqları “qanunsuz” edir.

Putin hesab edir ki, Zelenski müttəfiqləri onu danışıqlar masasına oturmağa məcbur etdikdə Rusiya ilə dialoqu qadağan etmək qərarından dönəcək.

Rusiya Federasiyasının rəhbəri ABŞ prezidenti Donald Trampla münasibətlərindən də danışıb. Onun sözlərinə görə, onlar "etibarlı və praqmatikdirlər".

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью