Putin Trampla görüşün harada keçirilə biləcəyini deyib

07.08.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Birləşmiş Ərəb Əmirlikləri ABŞ Prezidenti Donald Trampla görüş üçün uyğundur".

Oxu.Az-ın NEWS.ru-ya istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə Kremldə keçirilən görüşün yekunlarına əsasən deyib.

O bildirib ki, görüşlə bağlı yekun qərar, eləcə də tarix hələ ki məlum deyil: "Bu cür tədbirin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Dostlarımızdan biri Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir", - deyə Putin bildirib.

Qeyd edək ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan avqustun 7-də Moskvaya rəsmi səfər edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью