Putin Trampla Moskvada görüşə hazır olduğunu açıqladı

28.09.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Moskvada görüşməkdən məmnun olacaq.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib:

“Putin prezident Trampla görüşməyə hazırdır və xoşbəxtdir. Onda hər şey Trampın qərarından asılıdır”, – deyə Peskov TASS agentliyinə açıqlamasında qeyd edib.

Həmçinin Peskov vurğulayıb ki, Putinin Trampa dəvəti hələ də qüvvədədir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью