Putin türk dövlətinə səfər edəcək

25.05.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevin dəvəti ilə mayın 27-də bu ölkəyə üçgünlük səfərə gedəcək.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları arasında keçiriləcək danışıqlarda Qazaxıstanla Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunacaq.

Bildirilib ki, mayın 28-də Avrasiya İqtisadi İttifaqına üzv dövlət başçılarının iştirakı ilə Avrasiya İqtisadi Forumu keçiriləcək.

Mayın 29-da isə Ali Avrasiya İqtisadi Şurasının iclası baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью