Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Hindistana gerçəkləşdirdiyi üçgünlük işgüzar səfərini başa vurub.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya dövlət başçısını daşıyan təyyarə sentyabrın 13-ü səhər saatlarında Yeni Dehli beynəlxalq hava limanından yola düşüb. Sentyabrın 11-dən 13-dək davam edən səfər çərçivəsində V.Putin BRICS sammitinin əsas sessiyasında və Biznes Forumunda çıxış edib. Rusiya lideri, həmçinin Hindistanın Baş naziri Narendra Modi, Cənubi Afrika Prezidenti Siril Ramafosa və Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd Əl Nəhyan da daxil olmaqla bir sıra mühüm ikitərəfli görüşlər keçirib.
Bildirilir ki, BRICS hazırda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir, Efiopiya və İndoneziyanı bir araya gətirən nüfuzlu hökumətlərarası iqtisadi blokdur. Birlik 2006-cı ildə üzv dövlətlər arasında çoxtərəfli iqtisadi-ticari əməkdaşlığı və maliyyə sabitliyini təşviq etmək məqsədilə təsis edilib.
Qeyd edək ki, Yeni Dehlidə keçirilən BRICS sammitində regional təhlükəsizlik, qlobal iqtisadi inteqrasiya və ikitərəfli strateji tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub.
Aminə ŞAHSUVARQIZI