Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların bərpasına münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Putin jurnalist Pavel Zarubinlə müsahibəsində Rusiyanın üçtərəfli təmaslara yalnız yekun sülh sazişinə nail olmaq məqsədilə hazır olduğunu deyib. Onun sözlərinə görə, danışıqların məqsədi döyüş əməliyyatlarını müvəqqəti dayandırmaq deyil.
Putin qeyd edib ki, yeni danışıqlarda əsas məqsəd gələcəkdə Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı razılaşmalara nail olmaqdır.
Rusiya lideri, həmçinin münaqişənin nizamlanması istiqamətində yaxın günlərdə vəziyyətin necə inkişaf edəcəyini izləyəcəklərini bildirib.
Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin əraziləri təhvil verməyə hazır olması ilə bağlı açıqlamasına da münasibət bildirib.
Xədicə BAXIŞLI