“Putin Uitkoff görüşü gözləniləndən daha məhsuldar olub” Tramp Mertsə

07.08.2025

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsə zəng edərək Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüşün gözləniləndən daha məhsuldar olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Bild" mənbələrə istinadən yazır.

Eyni zamanda, nəşr qeyd edir ki, Kremlin atəşkəslə bağlı hansı güzəştlərə getməyə hazır olduğu aydın deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью