Putin Uitkoff və Kuşnerlə görüşəcək: Avropa ilə əməkdaşlıq da müzakirə olunacaq

11.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə noyabrın 12-də görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, danışıqlar günün birinci yarısında keçiriləcək.
Uşakov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutan əvvəlki görüşləri “konstruktiv və çox faydalı” adlandırıb. O əlavə edib ki, BƏƏ-dəki danışıqların nəticələri nəzərə alınmaqla, Avropa ölkələri ilə mümkün əməkdaşlıq formatı da müzakirə ediləcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью