Putin: Ukrayna gec tez torpaqlarını itirəcək

26.07.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna gec-tez qərb torpaqlarını itirəcək.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə görüşündə bildirib.

"Əminəm ki, Ukrayna gec-tez bu qərb torpaqlarını itirəcək. Vaxtilə Polşaya, Macarıstana və Rumıniyaya məxsus olmuş əraziləri nəzərdə tuturam. Bu, sabah və ya birigün baş verməyəcək. Bəlkə bir ildən, iki ildən, on ildən və ya on beş ildən sonra olacaq. Amma tarix öz yerini tutacaq", – deyə Rusiya Prezidenti bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью