Putin Ukrayna ilə bağlı prinsipial mövqelərindən geri çəkilməyəcək

27.11.2025

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsi üzrə danışıqlarda ölkəsinin fundamental mövqelərindən geri çəkilməyəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Rusiyanın keçmiş baş naziri, Rusiya Hüquqşünasları Assosiasiyasının sədri Sergey Stepaşin deyib.
"Rusiyanın mövqeyi bəllidir. Bizim tələblərimiz də bəllidir. Mən Vladimir Putinin onlardan geri çəkiləcəyini düşünmürəm. Bu, mənim şəxsi fikrimdir", - deyə o, bildirib.
Amerikanın 28 bəndlik sülh planının qəbul edilib həyata keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən Stepaşin vurğulayıb ki, bu məsələyə ictimai şəkildə son dərəcə ehtiyatla yanaşmaq lazımdır:
“Danışıqlar gedir, lakin onlar haqqında danışmaq hələ tezdir”.
Fuad
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью