Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

23.06.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva, 23 iyun, AZƏRTAC

Rusiya Ukrayna ilə sülh danışıqlarını İstanbul razılaşmaları əsasında, Ankoricdə müzakirə edilmiş formatlar və mövcud vəziyyət nəzərə alınmaqla aparmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

“Rusiya, artıq dəfələrlə deyildiyi kimi, Ukrayna ilə sülh danışıqlarına hazırdır. Biz hələ İstanbulda əldə olunmuş və o vaxt Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında danışıqlar aparmağa hazırıq. Həmin razılaşmalar onları qane edirdi”, – deyə Rusiya lideri bildirib. O vurğulayıb ki, Moskva əvvəllər əldə edilmiş razılaşmalardan geri çəkilmək üçün heç bir əsas görmür.

Putinin sözlərinə görə, danışıqlar prosesi təkcə İstanbul razılaşmalarını deyil, həm də “Ankoricdə müzakirə olunmuş formatları”, eləcə də onun hələ 2024-cü ilin iyununda səsləndirdiyi prinsipləri nəzərə almalıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью