Putin Ukrayna məsələsində mövqeyini yumşaldır TRAMP

16.11.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna məsələsində mövqeyini yumşaltdığını və müəyyən güzəştlərə getdiyini bildirib.

Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Putin Ukrayna məsələsində bir qədər geri çəkilir. O, daha sərt davrana bilərdi. Açığını desəm, güzəştlərə gedir”, – ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqlar keçirilib. Görüşlərdə müharibənin başa çatdırılması, ərazi məsələləri və Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi müzakirə olunub.

AzPost.az

Post navigation

Previous: Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью