Putin Ukrayna münaqişəsinin başa çatması ilə bağlı danışdı

31.08.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynadakı münaqişənin başa çatdırılması istiqamətində irəliləyir.

Sherg.az xəbər verir ki, Putin bunu ŞƏT sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə deyib.

Modi Ukrayna məsələsinə toxunaraq problemlərin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə irəliləməyə çağırıb.

Putin isə cavabında deyib: “Biz də məhz bu yolla irəliləyirik.”

Rusiya lideri daha əvvəl Moskvanın Ukrayna ilə sülh yolu ilə razılaşmağa hazır olduğunu bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью