Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vladimir Putin ABŞ-nin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün irəli sürdüyü təkliflərin danışıqlar üçün “başlanğıc nöqtəsi” ola biləcəyini bildirib.
"Yeni Sabah" AP-yə istinadla xəbər verir ki, o, Ukrayna qüvvələrinin geri çəkilməli olduğunu, əks halda Rusiyanın daha böyük ordusunun tapdağı altında “əziləcəklərini” deyib.
Putin bu fikirləri Bişkekə 3 günlük səfərinin sonunda jurnalistlərə açıqlayıb: “Bunu oturub ciddi şəkildə müzakirə etmək lazımdır. Hər söz önəmlidir”.
Rusiya prezidenti Trampın sülh planını “hazır müqavilə deyil, müzakirəyə çıxarılan mövzular toplusu” kimi səciyyələndirib:
“Ukrayna qoşunları işğal etdikləri ərazilərdən çıxsalar, döyüşlər dayanacaq. Çıxmasalar, bunu güc yolu ilə təmin edəcəyik”.