Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Qərb ölkələrinin Rusiyanı ərazi məsələsində “getmək istəmədiyi istiqamətə yönəltmək” cəhdlərini “mənasız” adlandırıb. Onun sözlərinə görə, Rusiya bu məsələdə heç bir güzəştə getməyəcək.
Putin bir daha bildirib ki, Moskva “yerdəki reallıqları” əsas götürür. Bununla o, Rusiyanın genişmiqyaslı işğalın başlanmasından sonra Ukraynadan ələ keçirdiyi əraziləri geri qaytarmaq niyyətində olmadığını nəzərdə tutub.
“Biz heç nədən imtina etmək niyyətində deyilik, kompromis yolları axtarmaq istəyirik və hesab edirik ki, buna nail olmaq mümkündür”, – deyə Putin bildirib.
Putinin fikrincə, müharibənin başa çatması üçün Ukrayna və Avropa hakimiyyətləri “yerdəki reallıqları” qəbul etməli və onların rəsmiləşdirilməsinə razılıq verməlidirlər. O, bu halda müharibənin başa çata biləcəyini vurğulayıb.
N.Talıblı
Post navigationPrevious: “Krım körpüsünə hücumlardan sonra heç bir razılaşma olmayacaq” – Putin