Putin Ukraynada növbəti hədəfin adını çəkdi

28.11.2024

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kiyevdəki qərar qəbuletmə mərkəzləri “Oreşnik” raketi üçün hədəfə çevrilə bilər".

Manset.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, bir zərbədə Oreşnikdən kütləvi şəkildə istifadə olunarsa, onun gücü nüvə silahının istifadəsi ilə müqayisə ediləcək.

Rusiya Federasiyasının Prezidenti xatırladıb ki, Kiyev dəfələrlə Moskva və Sankt-Peterburqdakı hədəflərə hücum etməyə cəhd edib.

O əlavə edib ki, Ukraynanın bütün zərbələri cavabsız qalmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью