Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Putin Ukraynada yerləşdirilməsi müzakirə olunan Avropa qoşunlarını hədələyib.
AzPost bildirir ki, Putin Ukraynaya xarici qoşunların yerləşdirilməsinin əleyhinə çıxış edib: “Əgər orada xüsusən indi, hərbi əməliyyatlar zamanı hər hansı bir qoşun ortaya çıxarsa onlar qanuni hədəflər olacaq.
Əgər sülhə, uzunmüddətli sülhə aparan qərarlar qəbul olunarsa, mən onların Ukrayna ərazisində olmasının sadəcə mənasını görmürəm”-deyə Putin vurğulayıb.
Rusiya lideri həmçinin təkcə Ukraynanın deyil, Moskvanın da təhlükəsizliyinə zəmanət verməyə çağırıb.
Onun fikrincə, Ukraynanın NATO-ya daxil olması Rusiyanın təhlükəsizlik sahəsində maraqlarına zidd olardı, lakin Kreml ölkənin Aİ-yə üzvlüyünə etiraz etmir.
Vladimir Putinin sözlərinə görə, indi Moskva və Kiyev arasında dövlət başçıları səviyyəsində təmasların heç bir mənası yoxdur.
Eyni zamanda Putin Ukrayna prezidenti Vladimir Zelenskini yenidən Rusiya paytaxtında görüşə dəvət edib.